Məktəbdə görüş

    BŞTİ rəhbərliyi tərəfindən keçirilən görüşlər  Xəzər rayonunda davam edib. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər. İdarə rəhbərliyi həmçinin 324 № li tam orta məktəbdə görüş keçiriblər. Öncə İdarə rəhbərliyi məktəblə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb. Daha sonra İdarə müdiri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli”  çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb. Bu əlamətdar il münasibətilə təhsil müəssisələrində mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların keçiriləcəyi haqqında məlumat verib. Görüşdə məktəbin direktoru, müəllim kollektivi və valideynlər məktəblə bağlı arzu və istəklərini bildiriblər. Bu görüşün məktəbin gələcək təhsil nailiyyətlərinin daha da yüksəldilməsində əhəmiyyətli olacağına inanırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi