Səməd bəy Mehmandarovun 160 illik yubileyi
Tədbir 08.12.2015-ci il tarixində keçirilmişdir. Tədbirin təşkilatçısı tarix müəllimi Dünyamalıyeva Cəvahir və hərbi rəhbər Əzimov Zahid olmuşdur. X sinif şagirdləri generalın həyat və yaradıcılığı haqqında, gördüyü işlər barədə geniş məlumat verərək tədbiri açıq elan etdilər. Tədbir zamanı X və XI sinif şagirdlərinin generalın fəaliyyəti haqqında hazırlamış olduğu bəzi səhnəciklər nümayiş etdirdilər. Eyni zamanda İKT vasitələrindən geniş istifadə edərək generalın fəaliyyətinə həsr olunmuş video-roliklər tədbir iştirakçılarına nümayiş olundu. XI sinif şagirdlərinin hərbi ruhda olan mahnılardan ibarət çıxışları da dinlənildi. Daha sonra məktəbin hərbi rəhbəri Əzimov Zahid müəllimə söz verildi. Eyni zamanda tədbirdə N saylı hərbi hissədən kapitan Rzayev Səid Piri oğlu və baş leytenant Mehdiyev Qorxmaz Zaman oğlu iştirak etmişdilər. Çıxış üçün onlara da söz verildi. Ən sonda söz məktəbin direktoru Atayeva Gülarə xanıma verildi. O, da öz növbəsində tədbirin təşkilatçılarına və şagirdlərə minnetdarlığına bildirdi.