"9 Noyabr - Bayraq Günü"
06.11.2015- ci il tarixdə məktəbdə "Bayraq günü" münasibətilə tədbir keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi Abasova Gülər və Uşaq birliyi rəhbəri Quliyeva Günay təşkil etmişdi. Tədbirdə məktəbin şagird kollektivi fəal iştirak etmişdi. Tədbirin açılışı Azərbaycan Respublikasının Himni ilə oldu. Daha sonra X sinif şagirdlərinin hazırladığı poetik səhnəciyi, I və III sinif şagirdlərinin bədii səhnəciyi, III siniflərin hərbi taktikalardan ibarət nümayişi təqdim olundu. Eyni zamanda İKT vasitələrindən istifadə edərək Bayraq günü ilə əlaqədar video və elektron materiallar tədbir iştirakçılarına nümayiş olundu. Şagirdlər hərbi və vətənpərvər ruhda yazılmış şerlər söylədi və mahnılar ifa etdilər. Sonda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini tədbirlə bağlı fikirlərini bildirdilər, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını çatdırdılar.