Məktəbdə Bilik günü qeyd olundu

15.09.2017-ci il tarixində məktəbdə "Bilik günü" qeyd olundu.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Somaz açılış etdi, pedaqoji heyəti və şagirdləri "Bilik günü" münasibətilə təbrik etdi. Söz ibtidai sinif şagirdlərinə və müəllimlərə verildi.Tarix müəllimi Dünyamalıyeva Cəvahir və Təlim tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd "Cocuq Mərcanlıya qayıdış" mövzusunda çıxış etdilər. Tədbirin sonunda məktəbin direktoru müəllim və şagirdləri məktəbin yaranmasının 10 illiyi və "Bilik günü" münasibəti ilə təbrik etdi.