18 oktyabr - Milli Müstəqillik günü

16.05.2015-ci il tarixində məktəbdə Milli Müstəqillik günü münasibətilə bağlı tədbir keçirilmişdir. Tədbir məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir müəllimin rəhbərliyi ilə təşkil olunmuşdur. Tədbirin əsas iştirakçıları VII sinif şagirdləri idi. Şagirdlər ilk öncə müstəqillik yolunda ölkəmizin apardığı tarixi, şanlı mübarizə yolu,bu mübarizədə böyük rol oynamış şəxsiyyətlər haqqında geniş məlumat verdilər. Tədbir zamanı həmçinin şagirdlər ölkəmizə həsr olunmuş və vətənpərvər ruhda yazılmış şerlər söylədi, bəstələnmiş mahnılar ifa etdilər.Daha sonra məktəbin tarix müəllimi Cəvahir müəllim şagirdlərin verdiyi məlumatlara əlavələr etdi. Bundan sonra söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Mehralıyev Məhəmməd müəllimə verildi. O, öz çıxışında bu tarixi günlə bağlı tarixi faktlardan danışdı.Ardınca söz məktəbin direktoru Atayeva Gülarə müəllimə verildi.O, çıxışı zamanı tədbiri hazırlayan müəllimlərə, iştirak edən şagirdlərə öz təşəkkürünü bildirdi. Ən sonda " 18 Oktyabr- Müstəqillik günü" ilə bağlı hazırlanan qəzetlər arasında keçirilmiş "Ən yaxşı divar qəzeti" müsabiqəsinin qalibi müəyyən edildi. Qalib Va sinfi oldu. Qalib sinfə məktəb tərəfindən hazırlanan diplom məktəbin direktoru tərəfindən təqdim olundu. Bununla da tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi