Məktəbdə mart ayı Biologiya aylığı elan olundu

2016/2017-ci tədris ilinin fəaliyyət planına əsasən məktəbdə mart ayı Biologiya fənn aylığı elan olundu. Bununla əlaqədar məktəbin Biologiya müəllimi Seyidova Aytən 10.03.2017-ci il tarixdə VIII sinifdə "Mədədə və bağırsaqlarda həzm" mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə qruplarla iş aparıldı, dərsin mövzusuna uyğun təcrübə keçirildi. 27.03.2017-ci il tarixdə fənn aylığı tədbiri keçirtdi.Tədbirdə şagidlər Biologiya elmi haqqında məlumatlar, şeirlər və mahnılarla çıxış etdilər.Tədbirin sonunda Biologiya elmi haqqında video çarx izlədilər. Biologiya aylığı stendi hazırlandı.