Məktəbdə Novruz bayramı keçirildi

14.03.2017-ci il tarixdə müəllim və şagird kollektivi ilə birgə məktəbdə "İlaxır çərşənbə" qeyd olundu.Çərşənbədə şagirdlər tonqal qalayıb, mahnı və rəqslər ifa etdilər. 17/03/2017-ci il tarixdə məktəbdə "Novruz şənliyi" keçirildi.Novruz haqqında bir sıra adət-ənənələr söylənildi. Şagidrlər musiqi nömrələri ilə çıxış etdilər və "Novruz" adətləri haqqında video çarx izlədilər. 19.03.2017-ci il tarixində "Binə atçılıq meydanı"nda Novruz bayramı münasibətilə məktəbin "Noruz" sərgisi keçirilmişdir.