H.Əliyev - 92-ci ildönümünü münasibətilə keçirilən breyn rinq
H.Əliyevin 92-ci ildönümünü münasibətilə bir neçə məktəblərin birgə təşkilatçılığı ilə keçirilən breyn rinq keçirilmişdir. Yarışda 7, 16, 19, 31, 60, 117, 123, 157, 230, 245, 324 və texniki humanitar liseyin şagirdləri iştirak etmişdir. Yarış iki mərhələdə keçirilmişdir. Yarışın birinci mərhələsi 29.04.2015-ci il tarixində 245 №li tam orta məktəbdə, ikinci mərhələ - final mərhələsi isə 15.05.2015-ci il tarixində 230№li tam orta məktəbdə keçirilmişdir. Yarışın sualları Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və Konstitutsiya fənləri üzrə olmuşdur. Yarışın I mərhələsindən II mərhələsinə 7, 19, 60, 117, 245, 324 №li tam orta məktəblər keçmişdir. Final mərhələsində həmin məktəblərdən 7 №li tam orta məktəb I yeri, 324 №li tam orta məktəb II yeri , 117 №li tam orta məktəb III yeri tutmuşdur . Nəticə göstərmiş məktəblər diplom və hədiyyələrlə təltif olundular.