Məktəbdə 1 Mart - Ümumdünya Mülki Müdafiə günü keçirildi
01.03.2017 - ci il tarixdə 1 Mart - Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar məktəbin hərbi rəhbəri Əzimov Zahid və təlim-tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd VIII sinif şagirdlərinə mühazirə oxudular. Şagirdlərə fövqəladə hallar zamanı nə etmək lazım olduğu izah olundu. Fövqəladə hallar zamanı istifadə olunan əşyalar və onların istifadə qaydası izah olundu.