"27 sentyabr Anım günü" nə həsr olunmuş tədbir keçirildi

    Məktəbin 7- ci sinif şagirdləri 27.09.2024- cü il tarixdə "27 sentyabr Anım günü" nə həsr olunmuş tədbir keçirtdi.

    Tədbir Azərbaycan himni ilə başladı.Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Söz məktəbin direktoru və müavinlərə verildi.Onlar qeyd etdilər ki,bu gün 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür,onlar xalqın əbədi olaraq yaddaşlarında qalacaq.

    Şagirdlər vətən uğrunda fəda olan şəhidlər haqqında videofilmlər izlədilər.Sonra şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi