"27 sentyabr Anım günü" qeyd olundu

27.09.2024- cü il tarixdə məktəbdə "27 sentyabr Anım günü" qeyd olundu.
Məktəbin müəllim və şagird kollektivi sırada təntənəli xətt keçirtdi.Təntənəli xətdə vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anıldı.Tədbirdə məktəbin direktoru çıxış edərək qeyd etdi ki, Anım Günü - Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasıgünüdür. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib mahnılar oxudular.