Dərslər "Milli Musiqi Günü" nə həsr olundu
18.09.2024- cu il Azərbaycanda milli musiqi günüdür.Sentyabrın 18- də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.
Bu səbəbdən məktəbin musiqi müəllimi Əmirov İsa dərslərini ""Musiqi günü" nə hesr etdi.O böyük bəstəkar Uzeyir Hacıbəyov haqqında şagirdlərə geniş məlumat verdi. O qeyd etdi ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Sonra şagirdlər dahi bəstəkar haqda video çarx izlədilər.