Fevral - Ana dili və ədəbiyyat aylığına yekun vuruldu

2016/2017-ci tədris ilinin fəaliyyət planına əsasən məktəbdə Ana dili və ədəbiyyat fənn aylığı elan olundu. Bununla əlaqədar məktəbin Azərbaycan dili müəllimi Xalıqova Mehri bir sıra tədbirlər həyata keçirtdi. 08.02.2017-ci il tarixində X-XI siniflərdə "Breyn-Rinq" yarışması keçirildi. Qalib şagirdlər hədiyyələr və dipomlarla təltif olundu. 09.02.2017-ci il tarixdə Vb sinifində "Xoşbəxtlik" mövzusunda açıq dərs keçirildi. Fəal şagirdlər diplomla təltif edildi. 21.02.2017-ci il tarixdə V-XI siniflər arasında "Ana dili" gecəsi keçirildi. Gecədə şagirdlər Azərbaycanın görkəmli şəxsiyyətlərinin şeir və qəzəllərindən söyləmiş və ana dili ilə bağlı video çarx izləmişlər. XI sinif şagirdləri səhnəciklər nümayiş etdilər. Həmçinin şagirdlər Ana dili və ədəbiyyat fənn aylığı stendi hazırlamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi