M.Füzulinin 530- cu ildönumünə həsr olunması ilə əlaqədar " Dəyirmi masa" keçirildi

 24.04.2024- cü il tarixdə məktəbin ədəbiyyat müəllimi Xalıqova Mehri 7,8- ci siniflərlə Məhəmməd Füzulinin 530- cu ildönumünə həsr olunması ilə əlaqədar " Dəyirmi masa" keçirtdi.

  Dəyirmi masada məktəbin Dil ədəbiyyat müəllimləri çıxış etdilər onlar görkəmli şair haqqında ətraflı məlumat verdilər.Sonra şagirdlər M.Füzulinin qəzəllərindən ibarət videofilm izlədilər.

  Sonda məktəbin direktoru çıxış edərək,şair haqqında şagirdlərlə diskussiya kecirtdi. O qeyd etdi ki,Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi