"Zərərli vərdişlər.Alkoqolizm və narkomaniya" mövzusu ilə bağlı tədbir keçirildi

 Maarifləndirici tədbirlərin aparılması məqsədilə 8- ci siniflərdə 18.03.2024- cü il tarixdə məktəbin biologiya müəllimi Məmmədova X. və psixoloq Ələkpərova R. "Zərərli vərdişlər.Alkoqolizm və narkomaniya" mövzusu ilə bağlı tədbir keçirildi.

 Tədbirdə məktəbin bioloqu şagirdlərə zərərli vərdişlərin törədə biləcəyi faktlardan danışdı. O qeyd etdi ki,Narkotiklər – ilk növbədə sinir hüceyrələrini zədələyən və insan orqanizmini bərpa olunmaz şəkildə dağıdan zəhərli maddələrdir; digər zəhərli maddələrdən fərqlənən bu maddə qısamüddətli, hətta
birdəfəlik qəbuldan sonra kəskin fiziki və psixi asılılıq yaradır. Bu zəhərli maddələrdən bəzilərinin mənfi təsiri qısamüddətli sevindirici sərxoşluq (eyforiya, “kef”) vəziyyətidir. Bu vəziyyət daha sonra
boşluq, ətrafdan narazılıq (daxildə və ətrafda boşluq), depressiya hissi ilə əvəz olunur.

Psixoloq şagirdlərə mövzu ilə əlaqədar videofilm göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi