Açıq dərs - Maddələrin aqreqat halları

06.05.2015-ci il tarixində məktəbin fizika müəllimi Hüseynova Vüsalə müəllimənin keçirdiyi aşıq dərs baş tutmuşdur. Açıq dərs VIIIa sinfində keçirilmişdir. Açıq dərsdə məktəbin direktoru Atayeva Gülarə, təlim-tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd, eyni zamanda Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin treninq və monitorinq şöbəsinin müdiri Ramil Süleymanov, təhsil eksperti Nizami Məmmədəli, 24№li tam orta məktəbin fizika müəllimi, eyni zamanda interaktiv lövhələr və rəqəmsal laboratoriya üzrə təlimçi Aynur Bağırova, 114№li tam orta məktəbin fizika müəllimi Abdullayeva Südabə, info.az saytının müxbiri İntiqam Yaşar, məktəbin digər fənn müəllimləri iştirak etmişdir. Dərs prosesində prometan lövhənin imkanlarından, veb alətlərindən, Azərbaycanda ilk rəqəmsal laboratoriya cihazı olan Labdisk cihazından istifadə olunmuşdur. Dərs sinifin fəallaşdırılması məqsədi ilə veb alətində hazırlanmış onlayn suallarla başladı. Motivasiya bölməsində video material təqdim olundu. Şagirdlər tədqiqat sualı ətrafında araşdırma aparmaq üçün 3 qrupa ayrıldılar. Praktik iş aparan zaman isə hər 3 qrup Labdisk laboratoriya cihazından istifadə etdilər. Hər 3 qrupun nəticəsi qənaətbəxş qiymətləndirildi. Dərsin sonunda şagirdlərə veb aləti olan Learingapsda hazırlanmış distant ev tapşırığı həvalə olundu. Dərs bitdikdən sonra dərsdə iştirak etmiş qonaqlar və məktəb rəhbərliyi dərsin müzakirə geniş şəkildə müzakirə etdilər. Dərs prosesində prometan lövhədən, veb alətlərdən, rəqəmsal laboratoriya cihazlarından istifadə olunmasını, şagirdlərin bu laboratror avadanlıqlardan tam sərbəst şəkildə istifadə edəbilmə bacarığına malik olmasını, ev tapşırığının distant sinif otağında keçirilməsini yüksək qiymətləndirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi