"İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlim keçirildi

  Məktəbin informatika müəllimi Həsənova Aygül 29.11.2023- cü il tarixdə 5 və 6- cı siniflərdə "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlim keçdi.

  Təlimdə informatika müəllimi internetdə uşaqların təhlükəsizliyindən,texnologiya və yeniliklər insan həyatında böyük yer tutmasından bəhs etdi. O qeyd etdi ki,kibertəhlükəsizlik,kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, proqram təminatı və ya verilənlərin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli aktorlar tərəfindən hücumdan, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır.

  Müəllim şagirdlərə kibertəhlükəsizlik haqqında videofilmlər göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi