"İnsan alverinə qarşı mübarizə" mövzusunda 7- ci sinif şagirdləri ilə seminar keçirildi

  27.11.2023- cü il tarixdə məktəbin psixoloqu Ələkpərova Rəvanə "İnsan alverinə qarşı mübarizə" mövzusunda 7- ci sinif şagirdləri ilə seminar keçirtdi.

  İnsan alveri və məcburi əmək cinayətlərinin torədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə məktəbin psixoloqu şagirdləri mövzu ilə bağlı ətraflı məlumat verdi.O qeyd etdi ki,İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. 

   Şagirdlər insan alverinə qarşı mübarizə və məcburi əməyə cəlb olunması ilə əlaqədar videofilmlərə baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi