7- ci siniflərlə "İnsan hüquqları" mövzusunda seminar keçirildi

  Məktəbin psixoloqu Ələkpərova Rəvanə 23.11.2023- cü il tarixdə 7- ci siniflərlə "İnsan hüquqları" mövzusunda seminar keçirtdi.O şagirdlərə hüquq və vəzifələrindən danışdı.İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır.

   Sonra şagirdlər diskussiya edərək öz hüquq və vəzifələrini test şəklində qeyd etdilər.Şagirdlər mövzu ilə əlaqədar videofilmlər izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi