"Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzuda "Dəyirmi masa" keçirildi

Məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 23.11.2023- cü il tarixdə 9- cu sinif şagirdləri ilə "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda "Dəyirmi masa" keçirtdi.
Tədbirdə şagirdlər çıxış edərək Ümummilli Lider Heydər Əliyev haqqında mühazirə oxudular. Tarix müəllimi şagirdlərlə mövzu ilə əlaqədar diskussiya apardı.O qeyd etdi ki,Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
Tədbir iştirakçıları Heydər Əliyev haqqında videofilm izlədilər.