"Reproduktiv sağlamlıq" "Zərərli vərdişlərdən uzaq","Ailə planlaşdırılması" və "Erkən nigahlar" haqqında söhbət aparıldı

22.11.2023- cü il tarixində məktəbin psixoloqu Ələkpərova Rəvanə 8- ci sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq" "Zərərli vərdişlərdən uzaq","Ailə planlaşdırılması" və "Erkən nigahlar" haqqında söhbət apardı.O qeyd etdi ki, erkən nigahlar insanın sağlamlığında bir çox problemlər törədir.

Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.

Sonra məktəbin biologiya müəllimi Məmmədova Xəyalə şagirdlərə profilaktim tədbirlər barədə məlumatlar verdi.Şagirdlər erkən nigahlarla bağlı bir neçə videofilmləri izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi