"Uşaq hüquqları aylığı" çərçivəsində "dəyirmi masa" keçirildi

14.11.2023-cü il tarixdə məktəbin Təşkilatçı və Uşaq birliyi rəhbəri 7- ci siniflərlə "Uşaq hüquqları aylığı" çərçivəsində "dəyirmi masa" keçirtdi.Dəyirmi masada şagirdlər uşaq hüquqları konvensiyası haqqında çıxışlar etdilər.Sonra məktəbin təşkilatçısı şagirdlərə öz hüquqlarını mükəmməl bilməyi tövsiyə etdi.O qeyd etdi ki,
Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya BMT Baş Assambleyası tərəfindən 20 noyabr, 1989-cu il tarixində qəbul olunmuş və 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir.
Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Tədbirin sonunda şagirdlər uşaq hüquqları mövzusunda videofilmlər izlədilər.