"8 noyabr Zəfər günü" nə həsr olunmuş təntənəli tədbir keçirildi

07.11.2023- cü il tarixdə məktəbdə "8 noyabr Zəfər günü" nə həsr olunmuş təntənəli tədbir keçirildi.
İlk öncə himn səsləndi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şagirdlər 44 günlük Vətən müharibəsi haqqında ətraflı məlumat verdilər. Sonra şagirdlər Zəfərə həsr olunmuş şeirlər,mahnılar söyləyib, al-əlvan bayraqlarla rəqs etdilər.
Məktəbin məzunu 44 günlük Qarabağ müharibəsinin iştirakçısı İlqar Məmmədov tədbirdə iştirak edib,şagirdlərlə xatirə şəkli çəkdirdi.Tədbirin sonunda söz məktəbin direktoruna verildi.O şagirdləri təbrik edib.vətənpərvər olmalarını tövsiyyə etdi.