Dərslər "18 oktyabr Müstəqilliyin bərpası günü" mövzusuna həsr edilib

  18.10.2023- cü il tarixdə məktəbdə dərslər "18 oktyabr Müstəqilliyin bərpası günü" mövzusuna həsr edilib.Şagirdlər videofilmlər izləyib, Azərbaycan Müstəqilliyin bərpası haqqında müəllimlər şagirdləri məlumatlandırıb. Onlar qeyd edib ki,

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Mövzu ilə əlaqədar stendlər,divar qəzetləri hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi