"27 sentyabr- Anım günü" qeyd olunub

27.09.2023- cü il tarixdə məktəbdə " 27 sentyabr- Anım günü" qeyd olunub.
Tədbir iştirakçıları 44 günlük vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Sonra şagirdlər 27 sentyabr 2020- ci il ikinci Qarabağ müharibəsindən danışdılar. Onlar qeyd etdi ki, Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması günüdür. Anım Günü müharibənin başlandığı gün sentyabrın 27-də keçirilir. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
Sonra şagirdlər şəhidlər haqqında şeirlər söyləyib,onlara həsr olunmuş mahnılar oxudular.
Tədbirin sonunda məktəbin direktor və müavinləri çıxış edərək,şəhidlərin xatirəsini andılar.