"20 Yanvar" faciəsinin 27-ci ildönümü anıldı

16 yanvar 2017-ci il tarixindən məktəbdə şagirdləri 20 yanvar faciəsi ilə məlumatlandırmaq məqsədi ilə 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar müəllimlər bütün siniflərdə sinif saatları,mühazirələr,söhbətlər təşkil etdilər. Şagirdlər “Qanlı şənbə gecəsi rənglərin dilində” mövzusunda divar qəzetləri, stendlər hazırladılar,faciə ilə bağlı rəsm sərgisində fəal iştirak etdilər. 18 yanvar 2017-ciil tarixində ədəbiyyat müəllimləri “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa yazı müsabiqəsi keçirtdilər. Yazı nümunələrində şagirdlər qanlı yanvar faciəsini tərənnüm etdilər. Dərs bitdikdən sonra məktəbin müəllim və şagird kollektivi Şəhidlər xiyabanını ziyarət etdilər. 19 yanvar 2017-ci il tarixində təşkilatçı müavin,UBR,sinif rəhbərləri ilə birgə “20 yanvar- Azadlığa gedən yolun zirvəsi” mövzusunda ədəbi-bədii kompozisiya keçirtdilər.Tədbirdə şagirdlər faciəni tərənnüm edən şeirlər,səhnəciklərlə çıxış etdilər. Şagirdləri faciə haqqında məlumatlandırmaq məqsədi ilə “20 yanvar faciəsi” haqqında video filmlər nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi