Thomas Bach və digər rəsmilər Qafqaz taekvondo klubunun qonağı olub

  03.06.2023- cü il tarixdə Beynəlxalq Olimpiya komitəsinin prezidenti Thomas Bach və Dünya Taekvondo federasiyasının prezidenti Chung Won Chou Bakıya səfər edib.Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərov ilə görüşən prezidentə ölkəmizdə taekvondonun hazırki durumu barədə məlumat verilib.Bu idman növünün daha da inkişafı və kütləviləşməsi istiqamətində fikir mübadiləsi aparılıb.

  Görüş zamanı Thomas Bach və digər rəsmilər Qafqaz taekvondo klubunun qonağı olub və bu görüşdə məktəbimizin idmançı şagirdləri də iştirak edib.

  Məşqlərin yüksək səviyyədə keçirildiyini qeyd edən prezident idmançılara hədiyyələr təqdim edib və sonda xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi