"Ekoloji aylıqlar" çərçivəsində məktəbdə bir sıra tədbirlər keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hazırladıqları " Təhsili Dəyərə Çevirək" devizi altında " Ekologiya və Sağlamlıq" istiqamətində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində 13.01.2017-cı il tarixdə məktəbin biologiya müəllimi Seyidova Aytən X sinif şagirdləri ilə birgə Zirə Gülçülük və Ekoparka səyahət etmişlər. Şagirdlər səyahət edərkən bir çox bitkilər haqqında məlumatlar əldə etmişlər. 16.01.2017-ci il tarixdə məktəbin biologiya müəllimi Seyidova Aytən "Ekolgiya və iqtisadiyyat" mövzusunda VI-VIII siniflərlə "Dəyirmi masa" keçirtmişdir. Şagirdlər ekologiya haqqında mühazirələr oxumuş və video çarx izləmişlər. 17.01.2017-ci il tarixdə məktəbin şagirdləri və müəllimlərin iştirakı ilə məktəbyanı sahədə iməclik keçirildi.