"Heydər Əliyev- 100 il" mövzusuna həsr olunmuş tədbir keçirilib

  Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

  20.04.2023- cü il tarixdə məktəbdə "Heydər Əliyev- 100 il" mövzusuna həsr olunmuş tədbir keçirilib.Tədbir himn ilə başlandı.

  Məktəbin şagirdləri Ulu Öndərin həyat yolu haqqında danışdılar. Onlar görləmli siyasi xadimə həsr olunmuş şeirlər,mahnılar oxudular. Sonra məktəbin ibtidai sinifləri möhtəşəm rəqsləri ilə çıxış etdilər.Tədbir iştirakçıları Ulu öndərə həsr olunmuş videofilmlər izlədilər

.Tədbirin sonunda məktəbin direktor və müavinləri çıxış edərək şagirdlərə minnətdarlıq bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi