"31 mart Azərbaycanlıların Soyqırım Günü" ilə əlaqədar tədbir keçirilib

30.03.2023- cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Şirinova Günay 3 b sinfində ilk dərsini "31 mart Azərbaycanlıların Soyqırım Günü" nə həsr etdi.

Müəllim şagirdlərə Mart soyqırımı haqqında geniş məlumat verdi.O qeyd etdi ki,1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Sonra şagirdlər mövzu ilə əlaqədar videofilmlər izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi