"1 mart- Ümumdünya Mülki Müdafiə Günüdür." mövzusunda tədbir keçirilib

  Məktəbdə 01.03.2023- cü il tarixində "1 mart- Ümumdünya Mülki Müdafiə Günüdür." mövzusunda tədbir keçirilib.

  Tədbiri məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd açdı O şagirdlərlə bir sıra təbii fəlakətlər haqqında söhbətlər etdi.Sonra məktəbin hərbi rəhbəri Əzimov Zahid Mülki müdafiənin yaranması haqqında məlumat verdi.O qeyd etdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir.

  Tədbirin sonunda şagirdlər mövzu ilə əlaqədar təbii fəlakətləri,zəlzələdən əziyyət çəkən insanları oz rəsmlərində təsvir edib,sərgilədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi