İdman nailiyyətləri olan idmançı ilə görüş keçirilib

  İdman həftəsinin ikinci günü 28.02.2023- cü il tarixdə idman nailiyyətləri olan idmançı ilə görüş keçirilib.

  Məktəbin məzunu Pirallahı rayon futbol komandasının oyunçusu Abasəliyev Yusif şagirdlərlə görüşü olub.O şagirdlərə futbolda göstərdiyi nailiyyətlərdən söhbət açdı.

Futbolçu məzun eyni zamanda qeyd etdi ki, məktəblərdə keçirilən layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

  Sonda futbolçu xatirə olaraq şagirdlərlə foto şəkil çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi