Tarixi və ədəbi irsimiz!
24.04.2015-ci il tarixdə məktəbin IIa, IIIa,IIIb və IV b sinif şagirdlərinin şəhərimizin tarixi əhəmiyyət kəsb edən məkanlarına gəzintisi təşkil olunmuşdur. Gəzintiyə həmin siniflərin sinif rəhbərləri Babayeva Çiçək, Axundova Qəmər,Şirinova Günay və Sadıqova Sona rəhbərlik etmişdir. Şagirdlər ilk olaraq Qız qalası tarixi abidəsini ziyarət etmiş, İçərişəhəri gəzmişlər. Ardınca Nizami adına Azərbaycan ədəbiyyatı və tarix muzeyinə getmişlər, ədəbi və tarixi irsimizlə əyani surətdə tanış olmuşlar. Ən sonda Qanun Nəşriyyat evində olmuşlar. Şagirdlər gəzdikləri yerlərdə müxtəlif şəkillər cəkdirmişlər.