Şairlərimizi yaxından tanıyaq!
08.04.2015-ci il tarixdə VII-XI sinif şagirdlərinin "Şairlərimizi yaxından tanıyaq!" devizi ilə Abdulla Şaiq və Cəlil Məmmədquluzadənin ev muzeylərinə gəzintisi təşkil olunmuşdur.Gəzinti məktəbin dil-ədəbiyyat müəllimləri Əzizova Xəyalə, Xalıqova Mehri və məktəbin kitabxanaçısı Xıdırova Leylanın rəhbərliyi altında aparılmışdır. Şagirdlər ilk öncə Abdulla Şaiqin ev muzeyinə, sonra Cəlil Məmmədquluzadənin ev muzeyinə getmişlər, muzeylərdə şairlərin yaşayış tərzi, əlyazmaları, ədəbi qeydləri, ailə və yaradıcılıq şəkilləri, köhnə nəşr kitabları ilə yaxından tanış olmuşlar. Şagirdlər bu gəzintidən cox məmnun qaldıqlarını bildirdilər.