"Xocalı soyqırımı insan hüquqlarının pozulması prizmasından" adlı açıq dərs keçirilib

   Məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 24.02.2023- cü il tarixdə 10- 11- ci siniflərdə "Xocalı soyqırımı insan hüquqlarının pozulması prizmasından" adlı açıq dərs keçirdib.

   O, şagirdləri qruplara bölərək mövzular verdi.Mövzularla bağlı şagirdlər öz təqdimatlarını hazırlayıb çıxışlarını etdi.

Şagirdlər təqdimatlarında qeyd etdilər ki,Beynəlxalq hüquqa görə cinayət kimi qiymətləndirilən beynəlxalq humanitar və insan hüquqları hüququnun ciddi şəkildə pozulması hallarına görə Ermənistan Respublikası hökumətinin və beynəlxalq hüquqa görə onun cavabdeh olduğu tabeli qüvvələrin məsuliyyət daşıdığını sübut edən yetərli əsaslar mövcuddur. Ermənistan tərəfindən müharibənin aparılması qaydalarının pozulması halları sırasına daxildir: mülki əhalinin öldürülməsi də daxil olmaqla mülki ilə hərbi hədəfləri fərqləndirməyən hücumlar; girov götürmə və saxlama; müharibə əsir və girovları ilə qəddar rəftar etmə və onların lazımi hüquqi prosedurlar həyata keçirilmədən öldürülməsi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi