"Beynəlxalq Ana Dili" günü mövzusunda tədbir keçirilib

   21.02.2021- ci il tarixdə məktəbin Azərbaycan dili müəllimi Məmmədova Leyla 9- cu sinifdə "Beynəlxalq Ana Dili" günü mövzusunda tədbir keçirdib.

  Tədbirdə şagirdlər mövzu ilə əlaqədar geniş məlumatlar verdi.Onlar qeyd etdilər ki,dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

   Məktəbin 9- cu sinif şagirdi Süleymanova Sona hazırladığı video slaydın təqdimatını etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi