"Reproduktiv sağlamlıq " mövzusunda tədbir keçirilib

15.02.2023- cü il tarixdə məktəbin psixoloqu Ələkpərova Rəvanə 9- cu sinfin qızları ilə "Reproduktiv sağlamlıq " mövzusunda tədbir keçirdib.
Tədbirin keçirilməsində məqsəd gənc nəslin sağlam böyüməsi,onların zərərli vərdişlərdən qorunması,gələcək nəslin sağlam ailə qurması üçün reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.
Psixoloq şagirdlərdə yeniyetməlik dövründə orqanizmdə baş verən dəyişikliklərdən məlumat verdi.Sonra məktəbin biologiya müəllimi Məmmədova Xəyalə anatomiya haqqında şagirdlərlə müzakirələr etdi.
Tədbirin sonunda şagirdlər Reproduktiv sağlamlıqla əlaqədar videofilmlər izlədilər.