Novruz bayramınız mübarək!

17 mart tarixində məktəbin IIb və IVa sinif şagirdlərinin hazırladığı "Novruz şənliyi" adlı tədbir keçirilmişdir. Tədbir həmin siniflərin sinif rəhbərləri Vəliyeva Cəmilə və Abasova Gülər tərəfindən hazırlanmışdır. Tədbirdə məktəbin direktoru, müəllim kollektivi, texniki heyət, valideynlər və şagirdlər iştirak etmişlər. Tədbirdə şagirdlər Novruz adət-ənənələrinə əks etdirən maraqlı tamaşalar, milli və tarixi kinolarımızdan müxtəlif səhnəciklər, mahnı və musiqi nömrələri, rəqslər nümayiş etdirmişlər. Şənlikdə Novruzun ən böyük atributları olan Kosa, Keçəl və Bahar qızı da öz əksini tapmışdır. Şagirdlər arasında müxtəlif viktorinalar keçirilmişdir. Həmçinin "Ən maraqlı səməni" yarışması da keçirilmişdir. Tədbirin sonunda söz məktəbin direktoru Atayeva Gülarə xanıma verilmişdir. O da öz növbəsində bu gözəl tədbirə görə onu təşkil edənlərə minnətdarlığını bildirdi, bütün müəllim, şagird və valideyn kollektivini bu milli bayram münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara uğurlar arzuladı. Ən sonda məktəbin həyətində hamının iştirakı ilə Novruzun ən böyük atributu olan tonqal qalandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi