Məktəbdə dekabr ayı- Fizika fənni aylığı elan edildi

2016/2017-ci tədris ilinin fəaliyyət planına əsasən məktəbdə fizika-riyaziyyat-nformatika fənn aylığı elan olundu. Bununla əlaqədar olaraq məktəbin fizika müəllimi Hüseynova Vüsalə bir sıra tədbirlər həyata keçirtdi. 09.12.2016-cı il tarixində Fizika aylığı çərçivəsində VIII-X sinif şagirdləri arasında "Breyn- Rinq" bilik yarışması keçirildi. 3 komandanın iştirakı ilə keçirilmiş yarışda qalib komanda üzvlərinə diplom təqdim edildi. 10.12.2016-cı il tarixdə şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasında və Fizika İnstitutunda olmuşlar. 19.12.2016-cı il tarixində VIII a sinfində "Buxarlanma və kondensasiya" mövzusunda açıq dərs keçirildi. Fizika fənn aylığının yekunu olaraq yuxarı sinif şagirdləri ilə birgə "Fizika gecəsi" keçirildi.Gecədə şagirdlər alimlər haqqında məlumat verdilər və səhnəciklər göstərdilər. Sonda ən yaxşı çıxışlar direktor və müavinlər tərəfindən doplomlarla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi