"Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda "Dəyirmi masa" keçirilib

02.02.2023- cü il tarixdə məktəbdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncləri" mövzusunda məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir "Dəyirmi masa" keçirdib.
Tədbirdə tarix müəllimi Heydər Əliyevin həyat yolunda gənclərə olan rəğbətindən danışdı. O qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.
Tədbirin sonunda məktəbin 9- cu sinif şagirdi Süleymanova Sona Heydər Əliyevə həsr etdiyi video slaydı təqdim etdi.