Məktəbdə "Qanlı 20 yanvar" mövzusunda tədbir keçirilib

19.01.2023- cü il tarixdə məktəbdə "Qanlı 20 yanvar" mövzusunda tədbir keçirilib.
Siniflərdə dərslər 20 yanvar soyqırımına həsr olunub.Müəllimlər şagirdlərə 1990- cı il 20 yanvarda baş verən hadisələrdən məlumat verdilər. Onlar qeyd etdi ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi.
XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu.
Tədbirdə 20 yanvar haqqında videofilmlər nümayiş etdirdilər.Siniflər soyqırım barəda divar qəzetləri və rəsmlər hazirladılar.