İbtidai sinifdə "Yeni il-2023" mövzusunda tədbir keçirilib

Məktəbin İbtidai sinif müəllimi Şirinova Günay 3 b sinif şagirdləri ilə birgə 30.12.2022- ci il tarixdə " Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və 2023- cü Yeni il münasibətilə tədbir keçirdib.
Sinif müəllimi şagirdlərə Həmrəylik günü haqqında geniş məlumat verib.O qeyd edib ki, 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.
Tədbirdə şagirdlər əl ələ verib həmrəylik mahnıları oxuyub,şeirlər söyləyiblər.
Şagirdlər müəllim kollektivini Yeni il münasibətilə təbrik edib,uğurlar diləyiblər.