"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni 2023- cü il tədbirləri qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Bu səbəbdən 29.12.2022- ci il tarixdə məktəbin ibtidai siniflərində " Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni 2023- cü il tədbirləri qeyd edilib.
Tədbirlərdə şagirdlər mahnılar oxuyub,şeirlər söyləyiblər. Onlar Həmrəylik günü ilə əlaqədar rəsmlər çəkib və əl işləri hazırlayıblar.
Ən yaxşı əl işləri hazırlayanlar mükafatlanıb.