"Ulu Öndər Heydər Əliyevin anım günü" münasibətilə " Dəyirmi masa" keçirilib

12.12.2022.-ci il tarixdə məktəbdə "Ulu Öndər Heydər Əliyevin anım günü" münasibətilə " Dəyirmi masa" keçirildi.
"Dəyirmi masa"da məktəbin direktor müavini Mehralıyev Məhəmməd çıxış edərək Heydər Əliyevin keçdiyi həyat yolundan danışdı. O qeyd etdi ki,Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Sonra şagirdlər Heydər Əliyevin anım günü ilə əlaqədar həyat və yaradıcılığına həsr olunmuş videofilmlər izlədilər.Tədbirin sonunda məktəbin Hərbi rəhbəri Əzimov Zahid şagirdlərə Heydər Əliyevin Azərbaycan xalqına görülmüş xidmətlərindən söhbət açdı.