"Əhməd Cavadın 130 illiyi" ilə əlaqədar məktəbdə tədbir keçirildi

  15.11.2022- ci il tarixdə görkəmli şair,ictimai xadim "Əhməd Cavadın 130 illiyi" ilə əlaqədar məktəbdə tədbir keçirildi.

  Tədbirə ədəbiyyat müəllimləri və 5-10 - cu siniflər Əhməd Cavadın sözlərinə yazılmış Azərbaycan Himni ilə başladılar. Onlar ictimai xadimin həyat və yaradıcılığından ətraflı danışdılar.

  Müəllimlər  qeyd etdilər ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. 

  Şagirdlər Ə.Cavadın şeirlərindən söyləyib, şairin sözlərinə bəstələnmiş mahnılar oxudular.Tədbir iştirakçıları ədib haqqında videofilm izlədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi