"Uşaq hüquqlarını qoruyaq" movzusu ilə əlaqədar siniflərdə tədbir kecirilib

15.11.2021- ci il tarixdə məktəbdə " Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaq hüquqlarını qoruyaq" movzusu ilə əlaqədar siniflərdə tədbir kecirilib.
Şagirdlər Uşaq hüquqlarının konversiyasının maddələrini oxuyub, müzakirələr etdi.
Mövzu ilə əlaqədar rəsmlər çəkib,stendlər hazirladilar.
Məktəbin Uşaq birliyi rəhbəri və sinif rəhbərləri şagirdlərə Uşaq hüquqlarından geniş məlumat verdilər. Onlar qeyd etdi ki, Uşaq əməyindən istifadənin qarşısını almaq hazırda dünya ölkələrini düşündürən ən başlıca məsələlərdəndir. Uşaqların vaxtından əvvəl fiziki əməyə cəlb olunması onların sağlamlığına və gələcək inkişafına böyük zərbə vurur. Onların qeyri-qanuni əməyə cəlb edilməsi isə bu zərəri daha da artırır. Bu problem hazırda bütün dünyada aktual olaraq qalmaqdadır.
Şagirdlər mövzu ilə bağlı videofilmlər izlədilər.