"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda rəsm sərgisi keçirilib

Məktəbin 5 a sinif şagirdi Süleymanova Sadəgül və 9a sinif şagirdi Süleymanova Sona Xəzər rayon Fövqəladə Halların təşkil etdiyi "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda rəsm sərgisində əl işləri ilə iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.
Şagirdlər əl işlərində Fövqəladə halların uşaqlara qayğı göstərməsi,onları təhlükələrdən qorunmasını təsvir ediblər.