"Qarabağa qayıdış" mövzusunda tədbir keçirilib

Məktəbin ibtidai sinif müəllimi Şirinova Günay 05.11.2022- ci il tarixdə 3b sinfində "Zəfər günü" ilə əlaqədar "Qarabağa qayıdış" mövzusunda tədbir keçirtdi.
Sinif müəllimi şagirdlərə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyəti, həmçinin işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, məcburi köçkünlərin ata-baba yurduna qayıdışının təşkili istiqamətində dövlətimizin başçısının tapşırıqlarının icrası barədə əhatəli məlumat verib.
Şagirdlər tədbirdə Qarabağa həsr olunmuş şeir söyləyib,mahnılar oxudular.Onlar Qarabağı görmək arzusu ilə yaşayaraq ,təhsillərini yüksək qiymətlərlə bitirməyi özlərinə borc bildilər.