"Zəfər günü" ilə əlaqədar açıq dərs keçirdilib

   05.11.2022- ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Vəliyeva Cəmilə 4 a sinfində "8 noyabr-Zəfər günü" ilə əlaqədar açıq dərs keçirtdi.

   Şagirdlər dərsdə qrup işləri hazırladılar, rəsmlər çəkib, zəfər gününə həsr olunmuş stend hazırladılar. Sinif müəllimi Vəliyeva Cəmilə Qarabağ haqqında məlumatlar verdi. O qeyd etdi ki, Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".

   Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

   Sonra şagirdlər 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi