"8 noyabr- Zəfər günü"nə həsr edilmiş bayram tədbiri keçirildi

   Məktəbdə 04.11.2022- ci il tarixdə "8 noyabr Zəfər günü" ilə əlaqədar bayram tədbiri keçirildi.Tədbirdə bütün siniflər,müəllimlər və valideynlər iştirak edirdi.

   Məktəbin həyətində keçirilən böyük bayram tədbiri himnlə başlandı.Bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi.Bayrama 44 günlük Qarabağ müharibəsində iştirak edən əsgərlər və qazi anaları iştirak edirdi. Tədbirdə vətən müharibəsi iştirakçıları çıxış edərə qeyd etdilər ki, Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb.

   Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırılıb.

   Şagirdlər öz çıxışları ilə bayrama rəng qatdılar.Onlar Qarabağa,vətənə aid şeirlər söyləyib,mahnılar oxudular.

  Tədbirin sonunda məktəbin direktoru çıxış edərək şagirdləri bayram münasibətilə təbrik edib, əsgər iştirakçılarına minnətdarlıq bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi